Hüquq və Ədaləti (HƏ) təmsil edən Polşanın baş naziri vəzifəsindən istefa verən Mateuş Moravetski digər partiyaların liderlərini yeni hökumətin qurulması üçün məsləhətləşmələrə dəvət etsə də, gələn olmayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
“Bu gün Mateuş Moravetski digər siyasi qüvvələrin liderlərini yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə dəvət etdi. Dəvət olunan siyasətçilərin heç biri Moravetskiyə gəlməyib”, - radio xəbər verir.
İddialara görə, müxalifət koalisiyasının liderləri “Mateuş Moravetski ilə danışmaq istəmirlər”.
E.ŞİRİNOV