"Füzuliyə qayıdacağımızı həmişə düşünmüşəm, amma bunun nə vaxt baş verəcəyini bilmirdim..."

Bu gün 31 illik ayrılıqdan sonra Füzuliyə qayıdan keçmiş məcburi köçkün Rauf Mehdiyev "Təzadlar"a bildirdi. Onun da sevinci digərləri kimi yerə- göyə sığmırdı. "Sadəcə, hələ də gözlərimə inana bilmirəm ki, doğrudanmı öz doğma evimizə qayıdırıq...",- deyə o kövrələrək danışır.

 Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Və növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Dövlət Qaçqınkom- dan "Təzadlar"a bildirilib ki, bu dəfə Füzuli şəhərinə daha 25 ailə - 72 nəfər köçürülür. Sitat: "...Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib".

Yurda qayıdışımız əbədi olsun! Qarabağ Azərbaycandır!

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN