Özbəkistanın bir neçə vətəndaşı və şirkəti Ukraynanın sanksiyalar siyahısına daxil edilib.  

Prezident Vladimir Zelenski 23 noyabr tarixli fərmanı ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarını təsdiqləyib.

Siyahıya Rusiya Federasiyası, BƏƏ, Belarusiya və Özbəkistanda qeydiyyatdan keçmiş 93 şirkət daxildir.

Ukrayna hakimiyyəti sanksiya siyahısına “Axangarantsement” və onun təsisçisini, Özbəkistanın iki vətəndaşını, həmçinin “MegaFon”, “USM Telecom”, “Digital Invest” və Əlişir Usmanovun digər şirkətlərini, eləcə də onun tərəfdaşlarını daxil edib.

 Onların arasında “Axangarantsement” sement zavodu və onun sahibi Akkermann Cement CA da var. Sahibkar Əlişir Usmanovun USM holdinqinə daxil olan Rusiyanın “Akkermann Cement” şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.

Holdinqin digər şirkətləri də məhdudiyyətlərə məruz qalıblar – “MegaFon”, “Metalloinvest”, USM Telecom, USM Cement, USM Gold, USM Urban Mining, USM Markirovka, Digital Invest, Metalloinvest Trading AG, BƏƏ-dən Hamriyah Steel FZC poladəritmə zavodu (Metalloinvest-ə məxsusdur).

Xatırladaq ki, 28 fevral 2022-ci ildə bütün Aİ ölkələri Əlişir Usmanova “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə qarşı” sanksiyalar tətbiq etdi. Böyük Britaniya, ABŞ, Yaponiya, Kanada və Avstraliya da sanksiyalara qoşuldular. Həmin ilin martın 16-dan isə Usmanov ABŞ-ın prioritet sanksiyalarına nəzarət siyahısındadır. O, həmçinin İsveçrənin də sanksiyaları altındadır.  Onun təxminən 600 milyon dollar dəyərində, 156 metr uzunluğunda olan  “Dilbar” adlı yaxtası  da Hamburq şəhərində alman səlahiyyətliləri tərəfindən müsadirə edilib. 

Qeyd edək ki, özbək əsilli Rusiyalı iş adamı, milyarder, “USM Holdings”in qurucusu olan Əlişir Usmanov ölkənin ən zəngin iş adamlarından biridir və xeyriyyəçiliklə məşğuldur.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN