Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Turan-a deyib ki, Nərgiz Absalamova saxlanılıb, araşdırma aparılır. 

Tezadlar.az xatırladır ki, "Abzas Media" onlayn nəşri ilə əməkdaşlıq edən Nərgiz Absalamova dünən saat 15.00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. O, binaya daxil olduqdan bir müddət sonra həmkarları onun idarədən aparıldığını görüblər. Onlar hesab ediblər ki, Absalamova saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilmək üçün Xətai Rayon Polis İdarəsinə aparılıb.  Absalamova vəkilsiz olub. Dünən DİN-in mətbuat xidmətindən Absalamovanın saxlanılması haqqında məlumat almaq mümkün olmasa da, bu gün bu xəbər rəsmən təsdiqlənib. 20-21 noyabr tarixlərində isə "Abzas Media"nın direktoru, direktor müavini və baş redaktoru - Ülvi Həsənli, Məhəmməd Kekalov və Sevinc Vaqifqızı saxlanılıblar. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Onlar hamısı istintaq müddətində 4 aylıq həbsə məhkum edilib. 

İstintaq aparılır və qaranlıq qalmış suallara aydınlıq gətiriləcək...

ELŞAD

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN