Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Skopyedə ATƏT Nazirlər Şurasında keçirdiyi mətbuat konfransı səs-küyə səbəb olub.

“İzvestiya”nın müxbirinin məlumatına görə, hazırda ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclası qapalı formatda keçirilir, lakin Lavrovun ondan sonra keçiriləcək mətbuat konfransına artıq çoxlu sayda insan toplaşıb.

"Düzdür, artıq aydındır ki, bu gün əsas diqqət nazirlərin görüşünə deyil, Rusiya XİN rəhbərinin mətbuat konfransına yönəlib. Bu zal Sergey Lavrovu görmək və eşitmək istəyən hər kəsi çətin qəbul edə bilər", - məlumatda qeyd edilir.

Kadrlardan görünür ki, artıq mətbuat konfransının keçiriləcəyi zala çoxlu sayda jurnalist gəlir. Bəziləri təşkilatçılarla toqquşur.

Bu arada, Lavrov çıxışı zamanı ATƏT çərçivəsində təhlükəsizliklə bağlı üç sahədə yaradılmış hər şeyin tamamilə deqradasiyaya uğradığını bəyan edib. Məlumata görə, Qərb ATƏT-i məhv etməyə yönəlmiş uğursuz xəttdən heç bir dərs çıxarmayıb və təşkilatı bitirməkdə davam edir.

Lavrov qeyd edib ki, Qərb ölkələri ATƏT-in prinsiplərini pozan komissarların, Skopyeni tərk etmiş Avropa diplomatiyasının rəhbəri Cozep Borrel və ABŞ dövlət katibi Antoni Blinkenin səlahiyyətlərinin uzadılması üçün təşkilatda “xırda hay-küy”lə məşğuldurlar.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN