Fələstinin “Paltel” telekommunikasiya şirkəti şəbəkə infrastrukturunun nasazlığı səbəbindən Qəzza zolağının şimalında bütün kommunikasiyaların kəsildiyini bildirib.

Bu barədə İsrailin “Yediot Ahronot” nəşri məlumat yayıb.

“Paltel”in sözlərinə görə, söhbət Qəzza şəhərində və Fələstin anklavının bütün şimalında “əsas şəbəkə komponentlərinin zədələnməsi” səbəbindən şəhər, mobil və internet rabitəsi də daxil olmaqla xidmətlərin tam dayandırılmasından gedir.

Fələstin HƏMAS hərəkatının yaraqlılarının oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ora, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN