2023-cü ilin iyulunda vəzifəsindən uzaqlaşdırılan və bir neçə aydır ictimaiyyət qarşısına çıxmayan keçmiş Çin Xarici İşlər Naziri Qin Qang intihar edə və ya işgəncədən ölə bilərdi.

Bu barədə Amerikanın “Politico” nəşri Çindəki yüksək vəzifəli şəxslərə yaxın mənbəyə istinadən məlumat yayıb.

Media Qin Qangın Pekində xəstəxanada olduğunu və bəzi məlumatlara görə, işgəncədən ölə biləcəyini iddia edir. İntihar ehtimalını istisna etmək olmaz. Çin rəsmilərindən bu məlumatla bağlı heç bir rəsmi cavab verilməyib.

Qin Qang sonuncu dəfə iyunun 25-də Pekində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüş zamanı ictimaiyyət qarşısında görünüb. Həmin gün çinli nazir Şri-Lanka və Vyetnamdan olan həmkarları ilə görüşüb.

İyul ayında Qin Qang Çin Xalq Respublikasının xarici işlər naziri vəzifəsindən kənarlaşdırılıb. Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı məlumatı şərh etməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN