Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib.

Bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN