Moskva metrosunun vaqonunda iki sərnişin yüksək musiqiyə görə dava edib.

Tezadlar.az xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb.

"Qadınlardan biri yüksək səsli musiqiyə görə digərinə irad bildirib, bundan sonra şifahi münaqişə davaya çevrilib", - idarənin Telegram kanalında yazılıb.

Görüntülərdən görünür ki, qadın sərnişinə yaxınlaşaraq iradını bildirib. Lakin o, qadına kobud cavab verərək, onun başına və üzünə zərbələr endirib. Hadisə şahidləri davaya reaksiya verib və münaqişə edən tərəfləri ayırmağa çalışıblar.

Dava nəticəsində 56 yaşlı qadın xəsarət alıb. Prokurorluq münaqişənin səbəblərini müəyyənləşdirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN