Avropa İttifaqı oktyabrın 7-də İsrailə qarşı hücumlara cavab olaraq HƏMAS-ın iki hərbi rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Aİ Şurasının Brüsseldə yaydığı bəyanatda deyilir.

"Avropa İttifaqı Şurası iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil edib. Bu qərar Aİ-nin HƏMAS-ın təhdidlərinə, o cümlədən oktyabrın 7-də İsrailə qarşı amansız və ayrıseçkilik etmədən hücumlara cavab tədbirlərinin bir hissəsidir”, - bəyanatda deyilir. - "Qara siyahıya Fələstin HƏMAS hərəkatının yaraqlı qanadının - İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı daxildir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN