Avropa İttifaqı Ukraynaya hərbi əməkdaşlıq və dezinformasiya ilə mübarizə də daxil olmaqla, təhlükəsizlik zəmanəti təklif edib.

Tezadlar.az xəbər verir ki, Aİ-nin yüksək rütbəli nümayəndəsi dekabrın 11-də icmanın xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl jurnalistlərə bildirib.

"Biz ukraynalılara "Təhlükəsizlik Zəmanətləri" adlı və hərbi komponenti olan paket təklif etdik. Bu, hərbi materiallar üzrə əməkdaşlıqdır - Ukrayna ordusuna töhfəmizdir. İkincisi, bu, Ukrayna əsgərlərinin təlimidir. Üçüncüsü, bu, necə olduğunu görməkdir. Biz daha çox Ukraynanın müdafiə sənayesini özümüzə inteqrasiya edə bilərik. Həmçinin dezinformasiya və kibertəhlükəsizliklə mübarizə. Bunların hamısı paketin bir hissəsidir", - o deyib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN