Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə keçid məntəqələrinin fəaliyyət göstərməsi üçün iki variantı nəzərdən keçirir.

Bu barədə hökumətdəki mənbələrə istinadən “Helsingin Sanomat” məlumat yayıb.

Bir varianta görə, Finlandiya şərq sərhədini bağlı tərk edə bilər, yalnız yük maşınları keçə bilər. İkinci variant isə gələn həftəyə kimi bir və ya bir neçə keçid məntəqəsinin açılmasını nəzərdə tutur. Müvafiq qərar dekabrın 12-də veriləcək.

Nəşrin həmsöhbəti bildirib ki, hazırda sərhədi bağlı saxlamağa əsas yoxdur, çünki milli təhlükəsizlik vəziyyəti sakitdir.

Hazırda Finlandiya hakimiyyətinin qaçqın axını ilə bağlı qəbul etdiyi qərara əsasən, Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri bağlanıb. Sərhəddən yalnız yük daşınmasına icazə verilir. Bildirilib ki, keçid məntəqələri dekabrın 13-dək bağlı olacaq.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN