Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) üçün köşə yazısında bildirib.
Berbok hesab edir ki, münaqişənin gələcəkdə dondurulması Ukraynanın suverenliyinin itirilməsi ilə yanaşı, Rusiyanın Avropanın təhlükəsizliyinə təhdidinin qalmasına gətirib çıxaracaq.
Onun sözlərinə görə, Ukraynada dondurma Rusiyanın güclənməsinə və hərbi potensialının bərpasına gətirib çıxaracaq. O, hesab edir ki, hərbi əməliyyatların dayandırılması Rusiyaya qarşıdurmanı bərpa etmək və onu başqa ölkələrin ərazisinə keçirmək şansı verəcək.
E.ŞİRİNOV