Rusiya hərbçiləri Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki silah anbarına zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də keçirdiyi brifinqdə məlumat verib.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmasının əməliyyat-taktiki və ordu aviasiyası, pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriya qurğuları Xerson vilayətinin Çernobaevka kəndi ərazisində iki silah anbarına zərbələr endirib”, - Müdafiə Nazirliyi elan edib.

Bundan əlavə, 107 regionda ukraynalı yaraqlıların canlı qüvvəsi və texnikası vurulub.

Bundan əvvəl “İzvestiya” rus əsgərlərinin “gəzən” minaatandan istifadə edərək Dnepr çayının sağ sahilindən Ukrayna yaraqlılarını necə darmadağın etdiyini göstərmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN