Finlandiya hökuməti Rusiya ilə sərhəddə iki keçid məntəqəsinin açılmasına qərar verib.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantanen bildirib.
Söhbət “Vaalimaa” və “Niirala” keçid məntəqələrindən gedir.
Bir gün əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen vəziyyətin normallaşacağı təqdirdə Rusiya-Finlandiya sərhədindəki keçid məntəqələrinin mərhələli şəkildə açılacağını bildirib.
Xatırladaq ki, Finlandiya hakimiyyəti noyabrın 30-da Rusiya ilə sərhəddəki bütün sərhəd keçidlərini bağlayıb. Helsinki öz hərəkətlərini üçüncü ölkələrdən qaçqın axınına reaksiya kimi əsaslandırıb.
E.ŞİRİNOV