Bu gün onların da 30 illik yurd ayrılığına son qoyulan tarixdir...

Onlar 30 il Füzulini yuxularında və arzularında yaşadıblar... İndi özləri həmin arzuların qanadında Füzuliyə gedir, orda yaşayacaqlar... Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumatda da bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı bu gün yola salınıb. Sitat: "...Ölkənin  müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtarmış rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər...".

Füzuli digər işğaldan azad edilmiş rayonlar kimi tikilir, qurulur, yaradılır.
Onu da deyək ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.

Yurda qayıdışımız mübarək! Köçkünlüyə son!

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN