Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (ÜİRÖM) sorğularının nəticələrinə görə, rusiyalıların yarıdan çoxu ölkədəki vəziyyəti müsbət qiymətləndirir. Hər ikinci adam hesab edir ki, hazırda ölkədə işlər düzgün istiqamətdə gedir.
Hər ikinci rus da, ümumiyyətlə, yaşadığı həyatdan razı olduğunu bildirdi. Respondentlərin 24 faizi qismən razı qaldıqlarını, qismən olmadıqlarını qeyd etdilər. 18 faizi isə yaşadıqları həyatdan razı deyil.
Rusların 29 faizi ölkədəki vəziyyətlə bağlı mənfi fikirlər səsləndirib və ümumən pis hesab edib.
Hər ikinci rusiyalı razılaşır ki, ölkədə işlər indi düzgün istiqamətdə gedir. 26 faiz bir qədər razı, 19 faiz bir qədər razı deyil.
E.ŞİRİNOV