Orta məktəb müəllimi dərslərinin birində şagirdlərinə nəzəri olaraq terror aktı planlaşdırmağı tapşırıb.

Hal-hazırda müəllim işdən uzaqlaşdırılıb və təhsil müəssisəsi bu işi araşdırır.

Bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Nəşr “İsveçdə Jönköpinq bələdiyyəsində bir orta məktəb müəllimi tələbələrinə nəzəri olaraq terror aktı planlaşdırmaq tapşırığını verdikdən sonra işdən uzaqlaşdırılıb” yazır.

Hazırda məktəbdə hadisə ilə bağlı araşdırma aparılır. Bu arada polisə ifadə göndərilib.

Məqalədə bildirilir ki, bələdiyyə xüsusilə ölkədə terror təhlükəsinin səviyyəsinin artdığını nəzərə alaraq, hadisəyə çox ciddi yanaşdığını bildirib.

Qeyd edək ki, Jönköping bələdiyyəsi İsveçin cənubunda yerləşir. Orada 141 mindən çox insan yaşayır. Jönköping Universiteti İsveçdəki bütün ali təhsil müəssisələri arasında "beynəlxalq universitet" kateqoriyasında birinci yerdədir. Xariciləri fəal şəkildə qarşılayır.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN