Parlamentin deputatları parlamentarilərin maaşlarının az qala iki dəfə artırılmasını nəzərdə tutan düzəlişlərin lehinə səs çoxluğu ilə səs veriblər.

Tezadlar.az-ın məlumatına görə, dəyişikliklərin mətninə əsasən, Gürcüstan parlamentində vəzifə tutmayan deputatların maaşı 4624 laridən 8250 lariyə yüksəlir ki, bu da hazırkı məzənnə ilə təxminən üç min dollara bərabərdir. Komitə sədrinin müavini indi 4740 lari (1,77 min dollar əvəzinə 3,1 min dollar) əvəzinə 8500 lari maaş alacaq. Komitənin birinci müavini 4800 lari əvəzinə 8750 lari alacaq ki, bu da təxminən 1,8 min əvəzinə 3,2 min dollara bərabərdir. Komitə sədrinin və fraksiya sədrinin maaşı 5540 lari (2 min dollar) maaşından 9000 min lariyə (3,3 min dollar) qaldırılıb. Nəhayət, qanunverici orqanın sədri 6740 (2,5 min) əvəzinə 10 min lari (3,7 min dollar) alacaq.

80 deputatın lehinə səs verdiyi qeyd olunur. Bu düzəlişlərə səsvermənin keçirildiyi parlament iclası Gürcüstanın dövlət telekanalları tərəfindən canlı yayımlanıb. Dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN