O, polis idarəsinə gətirildikdə nə ona tərcüməçi gətirilib, nə də icazə verməyiblər ki vəkil çağırılsın.

Yanvarın 9-da sosial şəbəkələrdə itə qarşı zorakılığı əks etdirən görüntülər yayıldıqdan sonra polis tərəfindən saxlanılan Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kənd sakini Arif Göyüşovun vəkili ittihamları qəbul etmir.

TEZADLAR.AZ xəbər verir ki, 24News.ge portalının suallarını cavabalandıran vəkil Süleyman İsmayılov bildirib ki, itin öldürülməsi iddiası yalandır və it hazırda kənddə gəzir. O bildirib ki, heç bir subut olmadan Arif Göyüşov həbsdə saxlanılıb: "İddia edirlər ki, it ölüb, lakin heç bir subut yoxdur. İt hazırda kənddə gəzir. Müvəkkilim səbəbsiz yerə həbsdə saxlanılıb və o, polis idarəsinə gətirildikdə nə ona tərcüməçi gətirilib, nə də icazə verməyiblər ki vəkil çağırılsın. Sadəcə video əsasında vətəndaşı saxlamaq qeyri-qanuni bir faktdır".

Vəkil, Arif Göyüşovun azyaşlı həmkəndilisinə qarşı cinsi təcavüzə cəhdlə bağlı ittihamlara da cavab verib. O bildirib ki, bunlar qonşu tərəfindən hazırlanmış böhtandır: "Yalandır, müvəkilimin qonşusu ilə torpaq üstündə problemi var və qonşusu da başqa qonşunun uşağının adı ilə onu şərləməyə çalışıb. Uşaq özü və ailəsi izahatları zamanı belə bir hadisəni təsdiqləməyiblər", - deyə vəkil Süleyman İsmayılov vurğulayıb.

Qeyd edək ki, GR-da Prokurorluq Arif Göyüşova qarşı ittiham irəli sürüb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfərin taxta parçası ilə yerə yıxılmış iti amansızcasına döyməsi, kənardan kimlərinsə baş verənləri rahatlıqla seyr etməsini özündə əks etdirən dəhşətli video yayılmışdı.

Həmin amansız mənzərəni bir nəfər isə rahat şəkildə lentə alıb. Heç bir kəs isə həmin şəxsə videodan da göründüyü kimi, mane olmayıb.

Sosial şəbəkələrdə yayılmış bu video Azərbaycanda da bunu izləmiş sosşəbəkə istifadəçilərini bərk qəzəbləndirmiş və insanlar həmin şəxsin dərhal tapılaraq cəzalandırılmasını tələb edirdi.

Y.Məmmədli  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN