Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) vəziyyət qeyri-sabit olaraq qalır.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
“Agentlik israr etməkdə davam edir ki, Zaporojye AES-də nüvə təhlükəsizliyi və təhlükəsizlik vəziyyəti təhdid altında qalarkən reaktorların heç biri yenidən işə salına bilməz”, - Qrossi bildirib.
Onun sözlərinə görə, stansiyanın bütün altı reaktoru “soyuq dayanma” vəziyyətindədir.
Noyabrın 16-da Zaporojye AES-in rəsmi Telegram kanalı stansiyada Dneprovskaya elektrik xəttinin avtomatik olaraq bağlandığını bildirib. Hazırda elektrik stansiyası “Ferrosplavnaya -1” xətti ilə işləyir.
E.ŞİRİNOV