Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxın vaxtlarda Ukraynadakı münaqişənin həlli üçün danışıqlar aparacaq.
Tezadlar.az xəbər verir ki, bu fikri Bloomberg-in köşə yazarı Andreas Klut söyləyib.
Eyni zamanda o, Donald Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenin Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi qərarına görə “minnətdar olmalı” və bu cür hərəkətləri eskalasiya hesab etməməsi fikrini ifadə edib.
“Ukraynalıları gücləndirməklə, Bayden Trampa Putini şou üçün deyil, real danışıqlar aparmağa məcbur etməyə kömək edir. Özünü danışıqlar aparan hesab edən Tramp minnətdar olmalıdır”, - deyə o bildirib.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp bundan əvvəl dəfələrlə Ukraynadakı münaqişəyə son qoyacağına söz vermişdi. Seçki kampaniyası zamanı o, bunu 2025-ci il yanvarın 20-də baş tutacaq inauqurasiyadan əvvəl də edə biləcəyini bəyan edib.
Eyni zamanda, “Reuters” beş məlumatlı mənbəyə istinadən xəbər verir ki, Rusiya prezidenti yeni Amerika lideri ilə Ukrayna üzrə sülh sazişini müzakirə etməyə hazırdır, lakin “hər hansı böyük ərazi güzəştlərini istisna edir”.
E.ŞİRİNOV