İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında yerləşən Rəfah şəhərinin Fələstin HƏMAS hərəkatının son qalası olduğunu və İsrail əsgərlərinin bu şəhəri almağa hazırlaşdığını bildirib.
Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbəri ABC televiziyasına müsahibəsində bildirib.
"Biz bunu edəcəyik. HƏMAS-ın qalan terrorçu batalyonlarını son qala olan Rəfahda toplayacağıq, lakin bunu edəcəyik", - Netanyahu bildirib.
Bundan əlavə, o qeyd edib ki, İsrailin HƏMAS-la silahlı münaqişədə qələbəsi artıq yaxındır.
Bundan əvvəl Netanyahu bəyan etmişdi ki, beynəlxalq ictimaiyyətin təzyiqi səbəbindən Rəfah şəhərində Həmas hərəkatının məhv edilməsi əməliyyatı martın 10-dək başa çatdırılmalıdır.
E.ŞİRİNOV