Aİ-yə üzv ölkələrin daimi nümayəndələri fevralın 14-də keçiriləcək iclasda növbəti anti-Rusiya sanksiyalar paketini razılaşdırmağa başlayacaqlar. Bu paket ardıcıl 13-cü olacaq.

Tezadlar.az xəbər verir ki, məlumata görə, görüş çərşənbə günü yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə 13:00) nəzərdə tutulub. Həm iqtisadi, həm də şəxsi tədbirlər müzakirə olunacaq.

Bu, Aİ-nin daimi nümayəndələrinin yeni sanksiyalarla bağlı müzakirələrinin yalnız ilkin mərhələsidir. Onların fevralın 24-dək razılaşdırılaraq qüvvəyə minməsi gözlənilir.

Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell yeni sanksiyaların Rusiya Federasiyasından olan bir sıra şəxslərə və təşkilatlara təsir edəcəyini bildirmişdi. KİV Rusiya diplomatlarının hərəkətinin onların akkreditə olunduğu ölkə ilə də məhdudlaşdırıla biləcəyini yazıb.

Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Moskva Aİ-nin 13-cü sanksiyalar paketinə cavab hazırlayır.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN