Avropa diplomatiyasının rəhbəri Josep Borrell ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə alyans çərçivəsində maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələri ştatların müdafiə etməyəcəyi barədə sözlərini tənqid edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” Borrelldən sitat gətirib.
“NATO ölkələri ABŞ prezidentinin əhval-ruhiyyəsindən asılı olaraq ayrı-ayrılıqda hərəkət etməməlidir”, - diplomat bildirib.
Fevralın 11-də Tramp Cənubi Karolinada seçki kampaniyası mitinqində çıxış edərək bildirib ki, o, nəinki müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini müdafiə etməyəcək, hətta Rusiyanın belə dövlətlərə potensial hücumlarını təşviq edəcək.
Trampın sözləri, “Bloomberg”-in yazdığı kimi, Avropa paytaxtlarında “siyasi fırtına”ya səbəb oldu; NATO-nun baş katibi Yens Stoltenberq, AK rəhbəri Çarlz Mişel, Avropa komissarı Thierry Breton və bir sıra digər siyasətçilər tərəfindən mənfi şərh edildi. Ağ Ev isə Trampın açıqlamalarının “dəhşətli” olduğunu bildirib.
E.ŞİRİNOV