booked.net booked.net  

Vladimir Zelenski ABŞ-ın Ukraynaya yardımı təsdiqləmədiyi təqdirdə B planının olmadığını etiraf edib və qeyd edib ki, “sağ qalmaq” lazımdır.

Tezadlar.az xəbər verir ki, bu barədə o, “Fox News”-a müsahibəsində bildirib.

Nəşrin yazdığına görə, müsahibə zamanı Zelenski etiraf edib ki, ABŞ-ın köməyi “həlledicidir”.

“Biz sağ qalmalıyıq. Biz bəzi paralel addımlar və ya qaydalar tapmalıyıq, lakin siz başa düşürsünüz ki, bu yardım həlledicidir”, - o qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, Qərb ölkələrinin dəstəyi olmadan “qalxan və güclü artilleriya” olmayacaq, bu da Ukrayna Silahlı Qüvvələrində itkilərin artacağı deməkdir.

Bundan əvvəl Senat Ukrayna, həmçinin İsrail və Tayvana 95,3 milyard dollarlıq yardım paketinə səs verib. Bundan sonra qanun layihəsi Nümayəndələr Palatasına getməlidir. Bununla belə, Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson yardım paketini tənqid etməyə davam edir və bunun ABŞ-ın sərhəd siyasətində əsaslı dəyişikliklərlə müşayiət olunmalı olduğunu təkid edir.

Öz növbəsində, analitiklər respublikaçıların mövqeyinə görə layihənin Konqresin aşağı palatasından keçməyəcəyinə əmindirlər. Eyni zamanda, Münhen Təhlükəsizlik Konfransına səfəri zamanı respublikaçı senator J.D.Vens Ukrayna nümayəndə heyəti ilə görüşdən imtina edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN