Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində iki Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 23-də Moskva vaxtı ilə saat 10:20 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, növbətçi hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin ərazisi üzərindən keçən iki pilotsuz uçan aparatı məhv edib”, - deyə nazirlikdən bildiriblər.
Bundan əvvəl Kursk vilayətinin qubernatoru Roman Starovoyt bölgədə hava hücumundan müdafiə qüvvələrinin işi barədə məlumat verib.
E.ŞİRİNOV