Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı hər hansı açıqlama daxil olmayıb.

Tezadlar.az bildirir ki, bu barədə KTMT Katibliyi məlumat yayıb.

"Bu günə qədər KTMT Katibliyinə İrəvandan KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama verilməyib. İştirakın dondurulması tezisinə gəlincə, görünür, söhbət Ermənistan Respublikasının təşkilatın son vaxtlar həyata keçirdiyi bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində respublikanın KTMT-də iştirakını dayandırdığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN