İsrail hakimiyyəti Qəzza zolağında humanitar yardım göstərən təşkilatların əməkdaşları üçün vizaların və iş icazələrinin uzadılmasını dayandırıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Qərb Sahilində çalışan işçilər üçün də viza və iş icazələrinin uzadılması dayandırılıb. Söhbət xüsusilə “Amnesty International”, “Oxfam”, “Care International” və digər təşkilatlardan gedir.

Qeyd olunur ki, humanitar işçilərin təxminən 60%-i son həftələrdə vizanın uzadılması ilə bağlı problemlərlə üzləşib.

Yanvarın sonunda ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir neçə ölkə Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilindiyi üçün BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) maliyyəni dayandırdıqlarını açıqlayıb. UNRWA-nın baş komissarı Filip Lazzarini ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumunda iştirak etdiyi iddia edilən bir neçə agentliyin əməkdaşının işdən çıxarılmasına göstəriş verib.

​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN