Cümə axşamı, martın 7-də ABŞ prezidenti Co Bayden üçüncü və bəlkə də son çıxışını edəcək.

Tezadlar.az “The Hill”-ə istinadən xəbər verir ki, Baydenin çıxışı seçki yarışının necə keçəcəyini müəyyən edəcək.

“The Hill” qeyd edir ki, 81 yaşlı Bayden ciddi sınaq qarşısındadır - hesabat zamanı o, yaşı və enerjisi ilə bağlı şübhələri aradan qaldırmaq və ya əksinə, onları daha da gücləndirmək imkanı əldə edəcək. Birliyin vəziyyəti ilə bağlı müraciət ABŞ-da ən populyar siyasi hadisələrdən biridir. 2023-cü il versiyası təxminən 27 milyon tamaşaçı tərəfindən izlənilib.

Bu çıxış Baydenin ən çox ehtimal olunan rəqibinə - keçmiş ABŞ prezidenti, 77 yaşlı Donald Trampa qarşı seçki kampaniyası üçün tramplin ola bilər. Baydenin tez-tez dilini sürüşdürməsi və diqqətsizliyi seçicilərin onun yaşı ilə bağlı narahatlıqlarını artırır. O, artıq ABŞ tarixinin ən yaşlı prezidenti olub. Bayden yenidən qalib gəlsə, ikinci müddətinin əvvəlində 82 yaşı tamam olacaq.

Çıxışda Baydenin prezidentliyinin nailiyyətlərini vurğulayacağı, ikinci müddət üçün hədəflərini açıqlayacağı və Trampa qarşı iddia qaldıracağı gözlənilir.

“Onun iki vəzifəsi var. Biri seçicilərin onun işi və nailiyyətləri haqqında daha yaxşı hiss etmələrini təmin etmək, digəri isə seçicilərə Donald Trampın xaosunu xatırlatmaq və bu yaddaşı onların geri qayıtmaq istəmədikləri bir şeyə çevirməkdir”, - deyə politoloq Cim Kessler bildirib.

“The Hill”-in vurğuladığı kimi, Bayden çıxışını təhlükəli məqamda edəcək: son günlərdə keçirilən sorğular bir çox amerikalıların onun işinə, iqtisadiyyata yanaşmasına və yaş problemlərinə şübhə ilə yanaşdığını göstərir.

“New York Times”-ın keçirdiyi sorğu nəticəsində qeydə alınmış seçicilərin 73 faizi Baydenin effektiv prezident olmaq üçün çox qoca olması ilə ya qəti, ya da müəyyən dərəcədə razılaşdığını göstərib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN