Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən 3 ədəd dron, 4 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara, 3 ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb", - məlumatda deyilir.