Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz təyyarəsinin hücumu nəticəsində bir mülki şəxs yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov məlumat verib.
"Naumovka kəndinin ətrafı kamikadze pilotsuz uçan aparatın köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Onun düşməsi və sonradan partlaması nəticəsində bir mülki şəxs yaralanıb, bir nəfər qarın boşluğundan qəlpə yaraları alıb", - o, öz Telegram kanalında yazıb.
Qladkov bildirib ki, təcili yardım briqadası yaralını Belqorod şəhər xəstəxanasına çatdırıb və ona bütün lazımi yardımlar göstərilir.
E.ŞİRİNOV