Rusiya martın 21-də Əfqanıstanda onlarla günahsız vətəndaşın həyatına son qoyan terror aktını qətiyyətlə pisləyir və həlak olanların ailələrinə başsağlığı verir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Martın 21-də Qəndəharda bir bankın girişində ekstremist kamikadze tərəfindən törədilən vəhşi terror aktını qətiyyətlə pisləyirik. Onlarla günahsız insanın həyatına son qoyan hücum xüsusilə kinli xarakter daşıyır. Müsəlmanların müqəddəs Ramazan ayı Əfqanıstanın mənəvi paytaxtında sabitliyi pozmaq məqsədi daşıyırdı”, - diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Rusiya tərəfi “həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir” və “qurbanların tezliklə sağalmasını” arzulayır.

"Ümid edirik ki, Əfqanıstan hakimiyyəti Qəndəharda terror aktının təşkilatçılarını tapıb məsuliyyətə cəlb edə biləcək", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yekunlaşdırıb.

Qeyd edək ki, martın 21-də Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində “New Kabul Bank”ın filialında partlayış baş verib. “TOLOnews” telekanalının verdiyi məlumata görə, bank filialına hücumu kamikadze törədib. “Tasnim” xəbər agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, hücum nəticəsində azı 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb. “Əl-Cəzirə” kanalının məlumatına görə, bu hücuma görə məsuliyyəti İD (İslam Dövləti terror qruplaşması) üzərinə götürüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN