Ukrayna Silahlı Qüvvələrinin (USQ) Belqorod vilayətini atəşə tutması nəticəsində son 24 saat ərzində 7 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ən azı 40 sursat atıb və 5 pilotsuz uçan aparatdan istifadə edib.

Qladkovun aydınlaşdırdığı kimi, regionun 21 rayonundan 6-sı Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Mərmi və PUA-ların daxil olması Belqorod və Belqorod vilayətinə, həmçinin rayonun Borisovski, Qrayvoronski, Koroçanski, Krasnoyaruzski, Şebekinski rayonlarına qeydə alınıb. Ümumilikdə, 80-ə yaxın mənzil və fərdi yaşayış binası, rabitə obyekti və 45-ə yaxın avtomobilə ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN