“Krokus Siti Holl”da baş vermiş terror aktı zamanı qəhrəmanlıq göstərən və insanları xilas edən yeniyetmələr Dövlət Dumasında mükafatlandırılıblar.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, tədbir Rusiya Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsovun iştirakı ilə ailənin müdafiəsi, atalıq, analıq və uşaqlıq məsələləri üzrə komitənin iclası zamanı baş tutub.
Gənc qəhrəmanlar - İslam Xəlilov, Nikita İvanov, Artemi Filimonov, Viktoriya Volçixina, Aleksandr Jurik və Yelizaveta Terexova deputatların təşəkkürünü aldılar.
Yeniyetmələrə həmçinin Dövlət Dumasının rəmzləri olan noutbuklar və suvenirlər paylanıb.
Vətəndaşların “Crocus City Hall”-dan təxliyəsi zamanı köməklik göstərən məktəblilərin mükafatlandırılması mərasimi də keçiriləcək.
“Crocus City Hall”-da terror aktı
Xatırladaq ki, martın 22-də axşam saatlarında Rusiyanın “Piknik” musiqi qrupunun çıxışı başlamazdan əvvəl “Krokus Siti Holl”un konsert zalında terrorçular atəş açıblar. Daha sonra binada yanğın baş verib.
Son məlumatlara görə, terror aktı nəticəsində 139 nəfər həlak olub.
Putin ruslara müraciətində hadisəni qanlı və vəhşi terror aktı adlandırıb və terror aktının bütün səbəbkarlarının, təşkilatçılarının və sifarişçilərinin cəzalandırılacağını vurğulayıb.
Martın 23-də FTX terror aktında bilavasitə əli olan dörd yaraqlı da daxil olmaqla 11 nəfərin saxlandığını bildirib. Hücum edənlər Rusiya-Ukrayna sərhədinə doğru hərəkət edən avtomobillə qaçmağa çalışıblar və Bryansk vilayətində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Saxlanılan şəxslərə qarşı “terror aktı” maddəsi ilə cinayət işi açılıb.
Martın 24-də Moskvanın Basmannı Məhkəməsi terror aktı işi üzrə dörd müttəhimin hamısını həbs edib. Dalerjon Mirzoev, Rachabalizoda Murodali, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov mayın 22-dək həbsdə olacaqlar. Dindirilmə zamanı onlar terror aktı törətdiklərinə görə 4 nəfər üçün onlara 500 min rubl vəd edildiyini etiraf ediblər. İki müttəhimi ömürlük həbs cəzası gözləyir.
Həmçinin martın 25-də məhkəmə terrorçulara kömək edən daha üç şəriki həbs edib: İsrail İslamov və onun iki oğlu Aminçon və Dilovar İslamovlar.
Martın 26-da məlum olub ki, Moskvanın Basmannı Məhkəməsi terror aktı işi üzrə səkkizinci müttəhim Əlişir Kasımovu həbs edib.
E.ŞİRİNOV