Ukraynalı qaçqınlar tərəfindən yaradılan Berlində yerləşən “Vitsche” qeyri-hökumət təşkilatı alman supermarketlərini Mondelezin istehsal etdiyi “Milka” şokoladının Rusiya bazarını tərk etmədiyi üçün satışını dayandırmağa çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti yazır.
Nəşrin məlumatına görə, fəallar “Rewe” və “Edeka” supermarket şəbəkələrinə şokoladı boykot etməyə çağıran müraciətlər göndəriblər. Onlar təkid edirlər ki, “Milka” vergi ödəməklə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına sponsorluq edir.
Bundan əvvəl Mondelez-in baş direktoru Dirk van de Put “Financila Times” qəzetinə müsahibəsində bildirmişdi ki, Mondelez investorları (Oreo və Milka istehsalçısı – “Gazeta.Ru”-nun qeydi) Rusiyada biznesin davam etdirilməsindən mənəvi cəhətdən narahat deyillər.
Mondelez-in Rusiya biznesi 2022-ci ildə şirkətin qlobal gəlirinin 2,8%-ni təşkil edib ki, bu da bir il əvvəlki 4%-dən çoxdur.
E.ŞİRİNOV