Polis və Sərhəd Mühafizə Şurası və Estoniya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə yerləşən Narvadakı keçid məntəqəsini gecə saatlarında bağlamağı təklif edib.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli “ERR” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2024-cü ilin fevralında Narva-İvanqorod sərhəd-keçid məntəqəsi nəqliyyat vasitələri üçün bağlandıqdan sonra, xüsusilə gecə saatlarında sərhəd keçidlərinin sayı azalıb. Belə ki, fevral ayında Narva sərhəd-keçid məntəqəsindən gecə saatlarında 13 min nəfər sərhədi keçib ki, bu da yanvar ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur.
"Sərhəd postunun gecə bağlanması onun boş olacağı demək deyil - Polis və Sərhəd Mühafizə Şurası zabitləri gecə-gündüz orada olmağa davam edəcək və onların sayı azalmayacaq", - Polis və Sərhəd Mühafizə Şurası sərhəd xidmətinin rəhbəri Veiko Kommusaar bildirib.
O əlavə edib ki, qərar quruma öz işini yenidən təşkil etməyə imkan verəcək ki, əməkdaşları gün ərzində sərhədi keçən şəxsləri daha yaxından yoxlaya bilsinlər və lazım gələrsə, nəzarəti gücləndirsinlər.
Bundan əvvəl Estoniya Narvadakı keçid məntəqəsində Rusiya ilə sərhədin bağlana biləcəyi ilə bağlı xəbərdarlıq vərəqələri paylamağa başlamaları ilə bağlı mediada yayılan xəbərləri təkzib etmişdi. Polis və Sərhəd Mühafizə Şurası izah etdi ki, miqrant axını halında belə tədbirlər görə bilərlər.
E.ŞİRİNOV