Bakı küləklər şəhəridir və bu həmişə öz təsdiqini tapıb...
elə bü gün- aprelin 4-ü saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsməyə başlayıb. Lakin Bakıda küləyin sürəti daha çoxdur. Milli Hidrometerologiya Xidmətindən "Təzadlar"a verilən məlumata görə isə hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Gəncə və Şəmkirdə, 20 m/s, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır.
Odur ki, həm yollarda, həm də yaşayış binaları əhatəsində küləyin yarada biləcəyi təhlükədən qorunun! Xüsusən də göydələnlər əhatəsində olarkən...
A.Məmmədli