Türkiyə “Crocus City Hall”-a hücum edənlər haqqında məlumatları ətraflı öyrənib və bütün hadisələr barədə Moskvanı xəbərdar edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Hürriyet” mənbələrə istinadən məlumat yayıb.

Terror aktını törətməkdə şübhəli bilinən iki nəfərin Moskvadan Türkiyəyə gələrək daha sonra Rusiya paytaxtına qayıtdığı, onların Türkiyədə qeydiyyatda olmadığı qeyd edilir. Rusiya Federasiyasının şübhəlilərlə bağlı heç bir xəbərdarlıq almadığı bildirilir. Ankara Moskva ilə məlumat və sənədlər mübadiləsinin genişləndirilməsini və “İŞİD-ə qarşı mübarizə üçün ümumi çərçivə”nin müəyyənləşdirilməsini gözləyir.

Dövlət Dumasının deputatı Mixail Şeremetin vurğuladığı kimi, terrorizm bütün beynəlxalq ictimaiyyətin problemidir. Millət vəkili əlavə edib ki, faciələrin qarşısını almaq üçün bu bəlaya qarşı birgə mübarizə aparılmalıdır.

Qeyd edək ki, martın 22-də “Crocus City Hall”-da terror aktı baş verib: üçü uşaq olmaqla 139 nəfər ölüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN