ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahuya ultimatum verib.
Tezadlar.az bildirir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verib.
Amerika lideri İsraili Qəzza zolağında əməliyyatı dəyişdirməsə, ona yardımı dayandıracağı ilə hədələyib.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev rəhbəri ABŞ-dan dəstəyin itirilməsi barədə danışarkən konkret nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib. O, bu kontekstdə İsrailə silah tədarükünün dayandırılması ehtimalını da qeyd etməyib.
Mənbələr bunun Baydenin Netanyahu ilə “həm ton, həm də məzmun baxımından” “ən çətin” söhbəti olduğunu söylədi.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalanta “World Central Kitchen” beynəlxalq təşkilatına vurulan zərbədən hiddətləndiyini bildirib. Ostin Qalantı tez və şəffaf araşdırma aparmağa çağırıb. Onun fikrincə, İsrail öz tapıntılarını açıq şəkildə paylaşmalı və günahkarları məsuliyyətə cəlb etməlidir.
E.ŞİRİNOV