Bir çox ölkələr Ermənistan KTMT-yə üzv olduğuna görə ona silah satmaqdan imtina edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Dünyada çoxları deyirdi ki, biz sizə silah satmayacağıq, çünki siz KTMT-nin üzvüsünüz”, - Paşinyan bildirib.

Eyni zamanda, o, yenidən Rusiya Federasiyasına, o cümlədən Moskva ilə Bakı arasında müdafiə sahəsində əməkdaşlıq məsələsinə dair ittihamlar səsləndirib və Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminin işindən yenidən narazılığını bildirib.

Son vaxtlar Ermənistan hakimiyyəti Rusiya ilə bağlı dəfələrlə tənqidi bəyanatlar verib, İrəvan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb. O cümlədən, ölkənin baş naziri Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dayandırdığını bəyan edib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN