Ötən gün Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Tezadlar.az Azərbaycan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb. 

 Belə ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib, maşın sürüşərək çaya düşüb... Nəticədə sürücü R.Şahbazov və onun sərnişini, 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Təbii ki, işğaldan azad edilmiş ərazilərdə işləməyə gedən vətənpərvər insanlar texnikadan istifadə edirsə, onlara yerli şəraitlə bağlı təlim keçirilməli, bir sıra yerli şərtlər izah olunmalıdır. Bəlkə də daha doğru olar ki, texnikaları, xüsusən də yük və sərnişindaşımada istifadə edilən avtomobilləri idarə edənlərə ən azı bir müddət xüsusi təlimçilərin iştirakı ilə sınaq müddəti ayrılmalıdır.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN