Mixail Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinin icrasına başlayıb.

Tezadlar.az xəbər verir ki, yeni dövlət başçısının andiçmə mərasimi Gürcüstan parlamentinin saytında yayımlanıb.

Parlamentin plenar zalında təntənəli şəraitdə Kavelaşvili İncilə və Gürcüstan Konstitusiyasına and içib. Təntənəli mərasimdə həmçinin Kavelaşvili ailəsinin üzvləri, parlament üzvləri, Gürcü Pravoslav Kilsəsinin və digər dini konfessiyaların nümayəndələri, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze, Gürcüstan hökumətinin üzvləri, Kavelaşvilini seçən seçicilər, eləcə də digər rəsmi şəxslər və hərbçilər iştirak ediblər.

İnauqurasiyadan əvvəl brifinqi Gürcüstanın indiki eks-prezidenti Salome Zurabişvili keçirib. O, Orbeliani meydanındakı prezident sarayında çıxış edib. Orada onun tərəfdarlarının kiçik mitinqi olub. Zurabişvili bəyan edib ki, o, prezident sarayını tərk edib yeni prezidentə təhvil verəcək.

Qeyd edək ki, dekabrın 14-də Gürcüstan parlamentində prezident seçkiləri keçirilib. Bu, respublika başçısının ilk dolayı seçkisi idi. Parlament deputatlarından, Acarıstan və Abxaziyanın ali şuralarının üzvlərindən və bələdiyyə orqanlarının deputatlarından ibarət seçki kollegiyası səs verib. Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası tərəfindən irəli sürülən Kavelaşvili yeganə namizəd olub, o, 300 səsdən 224 səs toplayıb və respublikanın altıncı prezidenti olub.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN