Çin Xarici İşlər Nazirliyi yapon diplomatı çağıraraq, Tokionun Pekinə qarşı mənfi fikirlər səsləndirməsindən Çin tərəfinin ciddi narahatlığını bildirib.

Tezadlar.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, bu şərhlər ABŞ, Yaponiya və Filippin arasında keçirilən üçtərəfli görüş zamanı səsləndirilib.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Çin Xarici İşlər Nazirliyinin Asiya məsələləri şöbəsinin müdiri Liu Jinsong, Tokionun şərhləri ilə bağlı rəsmi açıqlama vermək üçün Pekində adı açıqlanmayan yapon diplomatla görüşüb.

Bundan əvvəl Şimali Koreya bəyan etmişdi ki, Yaponiya müdafiə potensialını və Özünümüdafiə Qüvvələrini gücləndirmək adı altında imperiya ordusunu dirçəltməkdədir. Onlar qeyd ediblər ki, bu gün Tokio “tarixi təhrif etməklə keçmiş cinayətlərini” bəzəyir və həmçinin hücum silahlı qüvvəsi kimi özünümüdafiə birləşmələrini genişləndirir. Pxenyan əlavə edib ki, Yaponiya ultra müasir silahlara malikdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN