Rusiyanın Kiyev rəhbərliyinə inancı yoxdur.

Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sputnik”, “Danışır Moskva” və “Komsomolskaya Pravda” radiostansiyalarına müsahibəsində deyib.

“İndi həmişə olduğu kimi, prezident Vladimir Putin, prezidentin mətbuat katibi Dmitri Peskov və Lavrovun özünün təmsil etdiyi Moskva Kiyevlə danışıqlara hazır olduğunu təkrarlayır. Lakin proses Ukrayna prezidenti Vladimir Zelenskinin “danışıqları özü qadağan etməsi” ilə mürəkkəbləşib”, – Lavrov xatırladıb.

"İkincisi, əlbəttə ki, onların inancı yoxdur", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

2022-ci il sentyabrın sonunda Zelenski Putinlə danışıqların mümkünsüzlüyünü bildirən fərman imzalayıb. Beləliklə, Ukrayna lideri Milli Təhlükəsizlik və Müdafiə Şurasının Moskva ilə danışıqlardan rəsmən imtina etmək qərarını təsdiqləyib.

Putin də öz növbəsində dəfələrlə qeyd edib ki, Rusiya Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib, Kiyev hakimiyyəti isə danışıqları özləri qadağan edib. Putin bu yanaşmanı “bir qədər qeyri-adi” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN