İsrail KİV-i Qəzza zolağında bir avtomobilə edilən hücumda BMT əməkdaşının öldüyünü, lakin həmin hücumun kim tərəfindən həyata keçirdiyinin hələlik məlum olmadığını bildiriblər.
TEZADLAR.AZ xəbər verir ki, Avropa İttifaqı Komissiyasının böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul üzvü Yanez Lenarçiç Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) avtomobilinə edilən hücumu pisləyib.
Yanez Lenarçiç hücum nəticəsində həyatını itirən BMT əməkdaşının ailəsinə başsağlığı verib.
"... Qəzzada həyati xilasetmə vəzifəsini yerinə yetirən humanitar yardım karvanına edilən hücumu qınayıram" , - deyə o, vurğulayıb.
İsrail KİV-i Qəzza zolağında bir avtomobilə edilən hücumda BMT əməkdaşının öldüyünü, lakin həmin hücumun kim tərəfindən həyata keçirdiyinin hələlik məlum olmadığını bildiriblər.
Fələstin mənbələri isə İsrail qüvvələrinin üzərində BMT bayrağı olan avtomobilə atəş açdığını qeyd edirlər.
Qeyd edək ki, ilkin məlumatlarda avtomobilə açılan atəş zamanı xəsarət alanların olduğu, onlardan birinin vəziyyətinin ağır olaraq qiymətləndirildiyi bildirilmişdi.
Y.Məmmədli