Ukrayna prezidenti Vladimir Zelenski İspaniya və Portuqaliyaya səfərini ləğv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “EFE” agentliyi Kral Evindəki mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, bu, Zelenskinin İspaniyaya ilk səfəri olmalı idi, səfər zamanı hökumət başçısı Pedro Sançeslə görüş keçirilməli və təhlükəsizlik sazişləri imzalanmalı idi.

Bundan əlavə, Ukrayna lideri Portuqaliyaya da səfər etməli idi. Jurnalistlər səfərin təxirə salınmasının səbəbinin açıqlanmadığını, diplomatik mənbələr isə səfərin ləğvinin cəbhədəki ağır vəziyyətlə bağlı olduğunu qeyd ediblər. Hökumət rəsmiləri Ukrayna prezidentinin hər hansı səfərinin risklər yaratdığı üçün təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək şərh verməkdən imtina ediblər.

Bir gün əvvəl İspaniya kralı VI Filippin Zelenskini mayın 24-də kral sarayında auditoriyada qəbul edəcəyi xəbəri yayılmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN