Bu gün səhər saatlarında Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən birinin vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-dən məlumat verilib. Belə ki, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir və 1996-ci il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.
***
Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb. Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb. Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduğu bildirilir.
Təəssüflənməkdən başqa yol qalmır...
Elbar Şirinov