Dövlət Yol Polisi Bölməsin və ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb.

Qayda pozuntusuna yenidən yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.

***

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları da “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçiriblər.

Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib olunub sürücülərlə izahedici söhbət aparılıb.

***

Həmçinin, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı çərçivəsində reyd keçirib.

Polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələrinin texniki sazlığı xüsusi cihazlarla yoxlanılıb, bu barədə mütəxəssisin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb. Ətrafa atılmış tullantılarda normadan artıq çirkləndirən avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

RÖVŞANƏ

whatsapp-image-2024-05-21-at-16_09_551

whatsapp-image-2024-05-21-at-16_09_552

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN