Nalçikdə mənzillərin birgə tikintisində dələduzluqda ittiham olunan tikinti şirkətinin direktoruna qarşı cinayət işi məhkəməyə göndərilib.

Kabardin-Balkar polisinin mətbuat xidmətinin verdiyi məlumata görə, o, hətta müqavilə bağlamadığı səhmdarlardan 24 milyon rubldan çox pul alıb.

İstintaqın məlumatına görə, tikinti təşkilatının rəhbəri olan 45 yaşlı sahibkar Nalçik şəhərinin Şoqenova küçəsindəki yaşayış binasının müştərək tikintisinə sərmayə qoymaq istəyənlərdən 3 ildir ki, pul alırmış. Ümumilikdə 24 investor zərərçəkmiş kimi qeyd edilib.

"Bundan əlavə, şirkət rəhbəri şəhərin iki sakini ilə 1,8 milyon rubldan çox dəyərində tikinti investisiya müqavilələri bağlayıb", - respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cinayət işləri üzrə materiallar artıq məhkəmədədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN